Son yenilənmə: 10 noyabr 2026
Bu səhifə Karyera Atlası platformasında hansı məlumatların saxlandığını və necə istifadə olunduğunu izah edir. Platformanın operatoru Fərid Xudaverdiyevdir.
1. Hansı məlumatlar saxlanılır
- Hesab: ad və soyad, email ünvanı və giriş parolu. Parol verilənlər bazasında şifrələnmiş (hash) formada saxlanılır.
- Sizin yazdıqlarınız: CV-lər, vakansiyalar, müraciətlər, LinkedIn layihəsi, dərs tərəqqisi. Bunlar yalnız sizin hesabınıza bağlıdır.
- Əlaqə: ödəniş və giriş üçün Instagram və ya WhatsApp-da yazdığınız mesajlar.
2. Nə üçün istifadə olunur
Məlumatlar yalnız platformanın işləməsi, hesabınıza giriş verilməsi və sizə dəstək üçün istifadə olunur. Məlumatlarınız satılmır və reklam üçün üçüncü tərəflərə verilmir.
3. Məlumatlar harada saxlanılır
Hesab və iş sahəsi məlumatları Supabase xidmətində, Avropa İttifaqı daxilində (İrlandiya) yerləşən serverlərdə saxlanılır. Saytın özü Cloudflare şəbəkəsi vasitəsilə təqdim olunur.
4. Süni intellekt
Hazırda platforma CV məlumatlarını heç bir süni intellekt xidmətinə avtomatik göndərmir. Göstərişi kopyalayıb seçdiyiniz AI alətinə siz özünüz yapışdırırsınız, bu halda həmin alətin gizlilik qaydaları tətbiq olunur. Bu qaydada dəyişiklik olsa, bu səhifə yenilənəcək.
Vakansiya axtarışı
Sizə uyğun vakansiyaları tapmaq üçün əsas CV-nizdəki vəzifə adı və ümumi peşə adları softon.dev vakansiya xidmətinə axtarış sözü kimi göndərilir. Adınız, əlaqə məlumatınız və CV-nizin qalan hissəsi göndərilmir. Elana kliklədikdə həmin saytın öz qaydaları tətbiq olunur.
5. Cookie-lər
Platforma yalnız giriş üçün zəruri olan iki sessiya cookie-sindən istifadə edir. Reklam və izləmə cookie-ləri, analitika yoxdur.
6. Sizin hüquqlarınız
Məlumatlarınızın surətini istəyə, düzəliş etdirə və ya hesabınızın və məlumatlarınızın silinməsini tələb edə bilərsiniz. Bunun üçün aşağıdakı əlaqə vasitəsilə yazın.
7. Saxlanma müddəti
Məlumatlar hesab aktiv olduğu müddətdə saxlanılır. Giriş müddəti bitəndən sonra da hesab silinmə tələbinə qədər qala bilər, silinmə istəyini istənilən vaxt göndərə bilərsiniz.
8. Əlaqə
Gizlilik üzrə suallar üçün: WhatsApp.
