Son yenilənmə: 10 noyabr 2026
Bu şərtlər Karyera Atlası platformasından (bundan sonra "platforma") istifadəni tənzimləyir. Hesab açmaqla, ödəniş etməklə və ya hesab məlumatlarını qəbul etməklə bu şərtlərlə razılaşmış olursunuz. Hesab açmaq yalnız platforma ilə tanışlıq imkanı verir, tam istifadə ödənişdən sonra hesab təsdiqlənəndə başlayır.
1. Xidmət
Platforma CV hazırlamaq, CV-ni vakansiyaya uyğunlaşdırmaq üçün göstəriş (prompt) almaq, LinkedIn profili layihəsi qurmaq, müraciətləri izləmək və Excel, İngilis və Rus dili üzrə öyrənmə materiallarından istifadə etmək imkanı verir. Xidmət rəqəmsaldır. Premium paketdə buna fərdi xidmətlər əlavə olunur (5-ci bənd).
2. Giriş müddəti
Giriş ödənişə uyğun müddət üçün verilir (hazırkı paket üçün 3 ay) və hesabın aktivləşdirildiyi gündən hesablanır. Müddət bitəndən sonra giriş dayandırılır.
3. Hesab şəxsidir
Hesab yalnız onu alan şəxs üçündür. Giriş məlumatlarını başqası ilə paylaşmaq, hesabı satmaq və ya icarəyə vermək qadağandır. Dərs videolarını, kitabları, səs fayllarını və digər materialları kopyalamaq, yaymaq və ya satmaq qadağandır. Bu qaydaların pozulması hesabın xəbərdarlıq edilmədən və geri ödəmə olmadan dayandırılmasına səbəb ola bilər.
4. Ödəniş və geri ödəmə
Ödəniş giriş məlumatları göndərilməzdən əvvəl alınır. Xidmət rəqəmsal məzmundur və giriş verildiyi andan istifadəyə başlanmış sayılır. Buna görə giriş verildikdən sonra ödənilmiş məbləğ geri qaytarılmır. Ödənişdən əvvəl suallarınızı yaza bilərsiniz. Endirimli qiymət göstərilən tarixə qədər qüvvədədir.
5. Premium paket
Premium paket fərdi karyera dəstəyidir. Paketə platformaya 3 aylıq giriş və aşağıdakı fərdi xidmətlər daxildir:
- əsas CV-nizin peşəkar hazırlanması;
- LinkedIn profilinizin qurulması;
- müraciət üçün lazım olan digər materialların (məsələn, müşayiət məktubu) hazırlanması;
- şəxsi konsultasiya və sizə özəl karyera yol xəritəsi;
- giriş müddəti boyunca şəxsi mütəxəssis dəstəyi: vacib məqamlarda bizimlə əlaqə saxlayıb istiqamət ala bilərsiniz.
Başlanğıc. Ödənişdən sonra sizinlə əlaqə saxlayırıq və konsultasiyanın vaxtını birlikdə təyin edirik. Konsultasiya onlayn keçirilir: görüntülü zəng və ya WhatsApp vasitəsilə. Materialların hazırlanma müddəti konsultasiyada razılaşdırılır və sizə əvvəlcədən bildirilir.
Məlumatlar. Materiallar yalnız sizin verdiyiniz real məlumatlar əsasında hazırlanır: təhsil, iş təcrübəsi, bacarıqlar, sertifikatlar və nəticələr. Mövcud olmayan təcrübə, təhsil, sertifikat və ya nəticə yazılmır. Təqdim etdiyiniz məlumatların düzgünlüyü sizin məsuliyyətinizdədir. Materialları istifadə etməzdən əvvəl yoxlayıb təsdiq edirsiniz.
Düzəlişlər. Hazırlanmış materiallar sizinlə razılaşdırılır. Faktlarla bağlı düzəlişləri və sizin istəklərinizə uyğun dəyişiklikləri birlikdə müzakirə edib tətbiq edirik.
İstifadə hüququ. Sizin üçün hazırlanmış CV, LinkedIn mətnləri və digər materiallar sizin şəxsi istifadəniz üçündür. Onları iş axtarışınızda istədiyiniz kimi istifadə edə bilərsiniz.
Konfidensiallıq. Konsultasiyada və yazışmada paylaşdığınız məlumatlar yalnız sizin materiallarınızı hazırlamaq və sizə dəstək göstərmək üçün istifadə olunur, üçüncü şəxslərə verilmir.
Ödəniş və geri ödəmə. Premium paketin ödənişi xidmət başlamazdan əvvəl alınır. Endirimli qiymət (119 AZN) 31 dekabr 2026 tarixinə qədər qüvvədədir. Paketə platformaya giriş də daxil olduğu üçün 4-cü bənddəki qayda burada da tətbiq olunur: giriş verildikdən və ya fərdi xidmət (konsultasiya, materialların hazırlanması) başladıqdan sonra ödənilmiş məbləğ geri qaytarılmır.
Nəticə. Premium paket də iş təklifi, müsahibə və ya maaş zəmanəti vermir (6-cı bənd). Biz sizi işəgötürən qarşısında ən güclü şəkildə təqdim etməyə çalışırıq, qərarı isə işəgötürən verir.
6. Nəticə vəd edilmir
Platforma müsahibə, iş təklifi, maaş və ya başqa nəticə zəmanəti vermir. İş axtarışının nəticəsi bazardan, vakansiyadan və sizin təcrübənizdən asılıdır.
7. Süni intellekt və faktların yoxlanması
Platforma süni intellekt alətləri üçün hazır göstəriş verir. Hansı AI alətindən istifadə etməyi siz seçirsiniz və göstərişi özünüz göndərirsiniz. AI səhv edə bilər. CV-dəki bütün faktların (iş yerləri, tarixlər, bacarıqlar, nəticələr) düzgünlüyünü göndərməzdən əvvəl yoxlamaq sizin məsuliyyətinizdədir. Göstərilən "uyğunluq faizi" AI-nin qiymətləndirməsinə əsaslanan təxmini göstəricidir, dəqiq nəticə və ya ATS keçid zəmanəti deyil.
8. Materiallar
Kurslar, kitablar, şablonlar və digər materiallar müəllif hüququ ilə qorunur. Sizə yalnız şəxsi istifadə üçün qeyri-müstəsna hüquq verilir.
9. Xidmətin dəyişməsi
Platformanın funksiyaları və materialları yenilənə və dəyişə bilər. Texniki işlər səbəbindən qısa fasilələr ola bilər.
10. Şərtlərin yenilənməsi
Şərtlər yenilənə bilər. Yeni versiya bu səhifədə dərc olunur və yuxarıda yenilənmə tarixi göstərilir.
11. Əlaqə
Suallar üçün: WhatsApp.
